"Əziz dostlar,
Azərbaycan qədim dövrlərdən meyvələrin şahı adlandırılan nar meyvələri ilə məhşurdur. Ölkəmizin yerləşdiyi unikal coğrafi mövqeyi, günortalar bol miqdarda günəş şüası, geceler isə Kiçik Qafqaz sıra dağlarından gələn sərin külək dalğaları bu füsunkar meyvələrə əvəz olunmaz dad və insan orqanizmi üçün faydalı olan vitaminlərlə zəngin olması üçün şərait yaradır.
Bildiyiniz kimi ölkəmizdə və dünyada onlarla sort nar meyvələri yetişdirilir. Son zamanlarda dünya bazarlarında nar meyvəsindən alınmış şirələr ilə yanaşı süfrə narlarına tələbat artmaqdadır. Buna görə də nar yetişdiriciliyində emal və süfrə narları üstünlüklər təşkil edir.
Nar şirəsi və konsentratı istehsal edən müəsisələr daha çox emala yararlı sortlara üstünluk verir. Ölkəmiz keçmiş Sovet İttifaqı vaxtı əsasən yetişdirilən narları emal müəsisələrinə təhvil verərək şirə, konsentrat və digər məhsullar istehsal olunurdu. Xarici bazarlara çıxışı olmayan ölkəmizin əsas bazarını keçmiş Sovet İttifaqı respublikaları təşkil etdiyindən və əsasən nar yetişdiyi zamandan başlayaraq daha çox fiziki şəxslər tərəfindən bu bazarlarda satılırdı. Ölkəmizdə süfrə narı sortlarını saxlamaq üçün nə soyuducu anbarlar nə də lazımi infrastrukturlar var idi.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra xarici bazarlara çıxışla bərabər kənd təsərrüfatında tətbiq olunan qabaqcıl texnologiyalardan da istifadə etməyə başlmışdır. Qısa bir müddətdə azərbaycan narı Avropa, Amerika və Yaxın və Uzaq Şərq ölkələrində populyarlaşmağa başlamış və bazarda öz layiqli yerini tutmuşdur. Qeyd elədiyim bazarları nar ilə təmin etmək ücün lazımi infrastrukturlar və soyuducu anbarlrlar tikilməkdə, yeni bağlar salınmaqdadır. Lakin bağlar salınanda xəstəlik və zərərvericilərə, çeşidlənmə, soyuducu anbarlarda uzun zaman saxlamağa, uzun məsafələrə nəqliyyat vasitələri ilə daşınmağa davamlı sortlar əkilməlidir.
Nar sektorunda 10 illik iş təcrübəmə, İsrail, İtaliya və Amerika kimi dövlətlərin tingçilik və nar təsərrüfatlarına təcrübə səfərləri etməklə, Roma Araşdırma Universiteti və Californiya Universitetində əldə etdiyim biliklərə dayanaraq, ölkəmizdə ilk dəfə olaraq İsrail Dövlətinin qabaqcıl texnologiyalarını tətbiq eləməklə 11 ha ərazidə, yuxarıda qeyd elədiyim üstünlüklərə malik “QİRMİZİ VƏLƏS” (xaricdə daha çox Wonderful növü kimi tanınır) ştilçiliyinin təməlini qoymuş və burada illik 100 000 ştil yetişdirmə gücü olan bir təsərrüfat yaratmışam.
Ştilçiliyi yaradarkən ölkə və dünya qanunvericiliyinə tam riayət olunmaqla, “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq Attestasiya Komissiyasının 2018-ci il 06 aprel tarixli qərarına (Protokol № 01 ) əsasən toxum istehsalçılarının reyestrinə daxil edilmişdir (Qeydiyyat № 276).
Əziz dostlar,
Sizləri bizimlə əməkdaşlığa dəvət edirəm. Bizimlə əməkdaşlığınız zamani dunya bazrlarında rəqabətə, yetişdirilməsi dövründə zərərvericilər və xəstəliklərə davamlı, gələcəkdə ixrac üçün vacib sertifikatlrdan olan GLOBAL GAP sertifikatının alınmasında major tələblərdən olan ştil şəffaflığı kimi üstünlüklərə malik olacaqsınız. Hər birinizə işlərinizdə uğurlar arzu edirəm."